İyunda “Azərlotereya” 11 böyük uduş qazandırıb

iyunda-azerlotereya-11-boyuk-udus-qazandirib
Oxunma sayı: 2128

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin təşkil etdiyi lotereyalar üzrə iyun ayında ümumilikdə 11 böyük uduş qazanılıb.

“Qafqazinfo” xəbər verir ki, son zamanlar tez-tez böyük uduşlara şahid olan Xaçmaz şəhərində bu dəfə “Ekspress Keno”da 100 min manat udulub.

Çoxlarının sevimlisi - “Poz-Qazan” oyunları da qazandırmağa davam edib. Onlardan yeni satışa çıxmış “Qızıl Ekstra”da düz 8 ədəd 10 min manatlıq bilet şanslı qaliblərini tapıb. Uduşlu biletlər Bakı, Gəncə, Yevlax, Biləsuvar və Ağdaş şəhərlərindən alınıb. “Qızıl Ekstra” qaliblərindən Cəmşid Məmmədov və Nurlan Məmmədova 10 min manat qismət olub.

Gəncədə daha bir böyük uduş – 25 min manat “Qızıl” lotereyasında qazanılıb. “Ani 50” lotereyasında isə 10 min manat udulub.

Qeyd edək ki, “Azərlotereya”nın təşkil etdiyi lotereya oyunlarında 25 mindən 1 milyon manatadək böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir. Lotereya biletlərini lotereya satış nöqtələri, “Azərpoçt” şöbələri və “Misli” məntəqələrindən əldə edə bilərsiniz.