İyunun 10-dan “Mall”lar da açılır

iyunun-10-dan-malllar-da-acilir
Oxunma sayı: 5102

İri ticarət mərkəzlərinin fəaliyyəti 10 iyun tarixindən bərpa edilir. 

​“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində məlumat verilib.

Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib ki, ticarət mərkəzləri də fəaliyyətini pandemiya şəraitinə uyğun təşkil edəcək: “Burada da müvafiq tələblər tətbiq olunacaq. Bunlara maska, məsafə, dezinfeksiya tədbirləri daxildir”.