İyunun 11-də Bakıda kimləri polis tutub?

iyunun-11-de-bakida-kimleri-polis-tutub
Oxunma sayı: 648

İyunun 11-i saat 05:30 radələrində Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsində Bakı şəhər sakinləri Kamal Həsənov, Dilqəm Musayev və Ozal Əliyev bıçaqla hədə qorxu gələrək Urfan Nəbiyevdən 20 manat və saat 06 radələrində Afiz Mamedovdan 16 manat, şəxsi sənədlər alıb döydükləri üçün Suraxanı RPİ 32-ci PB əməkdaşları tərəfindən tutulublar.

Bu barədə “Qafqazinfo”ya Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən məlumat verilib. Həmin gün Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Vlyem Qrinyov və Elçin Mustafayev Abşeron rayonu Məhəmmədli kəndi yeni yaşayış massivində yaşayan Amil Şahməmmədova məxsus “VAZ-21011” markalı avtomobildən şüşəni sındırma yolu ilə maqnitafon, 2 ədəd səsgücləndirici oğurlayıb, daha sonra ona məxsus idarəetməsi yararsız olan “VAZ-2101” markalı avtomobili Bakı şəhər sakini Fədyi Quliyevin idarə etdiyi “Tofaş” markalı avtomobilə qoşub apararkən DİN ÇPA və Sabunçu RPİ 15-ci PB əməkdaşları tərəfindən yaxalanaraq Abşeron RPŞ-yə təhvil veriliblər.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Elxan Babayevdən 140 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Nizami RPİ CAŞ və 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Rauf Korobeynikov iyunun 11-də tutulub.

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 185.1-ci (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz keçirmə) maddəsi ilə axtarışda olan Pərviz Xanzadə iyunun 11-də tutulub.

Nəsimi RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Rauf Əhmədov iyunun 11-də tutulub.