“İyunun 20-dən sonra gənc pensiyaçı olacaq” - Koçaryandan Paşinyana

“İyunun 20-dən sonra gənc pensiyaçı olacaq”
Oxunma sayı: 3089

“Belə görünür, iyunun 20-dən sonra etdikləri və etmədikləri üçün cavab verməli olacaq gənc bir pensiyaçı meydana çıxacaq”.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Koçaryan 20 iyun parlament seçkilərində müvəqqəti Baş nazir Nikol Paşinyanın məğlub olacağına eyham vuraraq deyib.

“2008-ci ildə Ermənistan prezidenti postunu tərk etməzdən 1 ay əvvəl mənim nə ilə məşğul olacağımı soruşdular. Onda cavab verdim ki, hələ dəqiq bilmirəm, amma ən gənc pensiyaçı olmayacağım dəqiqdir. Ancaq indi belə görünür, iyunun 20-dən sonra gənc bir pensiyaçı meydana çıxacaq. Fikirləşmirdim ki, yenidən geri dönüb hakimiyyətə gəlmək üçün müraciət etməli olacağam. Ancaq bu gün hiss edirəm ki, xalq məndən belə bir müraciət istəyir”, - deyə Koçaryan bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi siyasi qüvvə ölkənin təhlükəsizliyini gücləndirmək, iqtisadiyyatı bərpa etmək və insanların həyatına sülh gətirmək üçün hakimiyyətə gələcək.