İzləyicisinə verdiyi cavaba görə qınanıldı - Foto

izleyicisine-verdiyi-cavaba-gore-qinanildi
Oxunma sayı: 5084

Sevgilisi Cem Belevidən ayrılması ilə bir müddət gündəmdə olan türkiyəli müğənni İrem Derici yenidən müzakirə mövzusuna çevrilib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni bu dəfə bir sosial şəbəkə istifadəçisinə verdiyi cavabla gündəm olub.

Belə ki, istifadəçilərdən biri İrem Dericinin estetik əməliyyatdan əvvəlki fotosu ilə son halının fotosunu paylaşaraq “Puldan əvvəl – puldan sonra” deyə şərh edib. Müğənni isə sözügedən paylaşıma “Mən həmişə varlı idim” cavabını verib. İ.Dericinin bu cavabı sosial mediada müzakirələrə səbəb olub və izləyiciləri tərəfindən qınanılıb.

Qeyd edək ki, İrem Derici onu tənqid edənlərə kəskin reaksiya və cavab verməsi səbəbindən tez-tez gündəmə gəlir.