31 yaşlı futbolçu növbəti mövsümü “Krasnodar” klubunda keçirəcək.
“Qafqazinfo” “azərtac”a istinadən xəbər verir ki, “Portu” futbol klubunun yarımmüdafiəçisi Marat İzmayılov növbəti mövsümdə “Krasnodar” klubunda icarəyə götürülmüş oyunçu kimi çıxış edəcək.
Ötən mövsümü də icarə hüququnda keçirmiş bu futbolçu Azərbaycanın “Qəbələ” klubunda respublika çempionatında 14 matçda oynamış və bir qol vurub.
Marat İzmayılov 2000-2006-cı illərdə Moskvanın “Lokomotiv” komandasının heyətində oynayıb, sonra Portuqaliyaya köçüb gedib, bu ölkədə “Sportinq” və “Portu” klublarının heyətində çıxış edib.
Son xəbərlər
Son Xəbərlər