İzmirdə daha bir zəlzələ

izmirde-daha-bir-zelzele
Oxunma sayı: 2063

Türkiyənin İzmir bölgəsi və ətraf ərazilərində zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyənin Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) və Kandilli Rəsədxanasının verdiyi açıqlamaya görə, Kuşadası körfəzi yaxınlığında 4.8 bal gücündə zəlzələ qeydə alınıb.

AFAD-ın məlumatına görə, Kuşadası körfəzindən təxminən 18 km aralıdakı zəlzələnin dəniz səthindən 7 km dərinlikdə baş verdiyi müəyyən edilib.

Dağıntılar və xəsarət alanlar olmayıb.