İzmirdə miqrantları daşıyan qayıq batdı, 2 ölü

izmirde-miqrantlari-dasiyan-qayiq-batdi-2-olu
Oxunma sayı: 688

Türkiyənin İzmir şəhərinin sahillərində miqrantları daşıyan qayıq batıb.

“Qafqazinfo” “Sabah”a istinadən xəbər verir ki, hadisə Urla bölgəsinin Sığacıq körfəzi sahillərində quruya yaxın hissədə baş verib.

İnsident nəticəsində 2 miqrant həlak olub. Daha 24 miqrant isə xəsarət almadan sahil mühafizə xidmətinin qayıqları tərəfindən xilas edilib.