İzmirdə silahlı atışma, 10 nəfər yaralandı - Foto

izmirde-silahli-atisma-10-nefer-yaralandi
Oxunma sayı: 1455

Türkiyənin İzmir şəhərində silahlı atışma baş verib.

“Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, aralarında mübahisə yaranan 2 qrup bir-birlərinə tapança və tüfəngdən atəş açıblar. Nəticədə hər iki tərəfdən ümumilikdə 10 nəfər yaralanıb. Hadisə yerinə xeyli sayda polis və təcili yardım işçiləri göndərilib. İnsidentə görə 6 nəfər saxlanılıb.

Polis tərəflərin yenidən dava ehtimalına qarşı təhlükəsizlik tədbirlərini gücləndirib və məhəlləni nəzarətə götürüb.