İzmirdə silahlı insident - 5 ölü, 2 yaralı

izmirde-silahli-insident
Oxunma sayı: 2080

Türkiyənin İzmir şəhərində kafelərdən birində silahlı insident baş verib.

“Qafqazinfo” xəbər verir ki, iki qrup arasında baş verən atışma nəticəsində 5 nəfər həlak olub, daha 2 nəfər isə yaralanıb. 

Məlumata görə, iki qrup aralarındakı mübahisəni həll etmək üçün kafedə görüşüb. Mübahisə daha sonradan silahlı insidentə çevrilib.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Həmçinin oxuyun: Проходит церемония прощания с шехидом Орханом - Прямой эфир