İzmirdə yeraltı dayanacaq çökdü - Dağıntılar altında qalanlar var

izmirde-yeralti-dayanacaq-cokdu
Oxunma sayı: 1164

Türkiyənin İzmir şəhərinin Konak rayonunda metro qatarları üçün yeraltı dayanacağın tikintisi zamanı çökmə hadisəsi baş verib.

“Qafqazinfo”nun “Haberler.com”a istinadən məlumatına görə, dağıntılar altında iki mühafizəçi qalıb.

Hadisə yerinə xilasedicilər və təcili yardım briqadaları cəlb olunub.

Hazırda işçilərin xilasedilməsi istiqamətində iş görülür.