İzmit Bələdiyyəsi nümayəndə heyəti Nəsimidə - Fotolar

izmit-belediyyesi-numayende-heyeti-nesimide
Oxunma sayı: 1092

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının İzmit Bələdiyyəsinin nümayəndə heyəti Nəsimi rayon İcra Hakimiyyətində olub.

"Qafqazinfo"ya daxil olan məlumata görə, nümayəndə heyətini qəbul edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov paytaxtımızın mərkəzi rayonu olan Nəsimi rayonun stateji əhəmiyyət kəsb etdiyini bildirib və rayonun tarixi, coğrafi mövqeyi, burada yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri barədə ətraflı məlumat verib.

Asif Əsgərov rayon bələdiyyəsi, onun fəaliyyətindən də söz açaraq bildirib ki, bələdiyyə rayondakı abadlıq, sosial quruculuq işlərində yaxından iştirak edir, rayon İcra Hakimiyyəti ilə birgə vacib sosial layihələri reallaşdırırlar. O, həmçinin qarşıda duran vəzifələr barədə məlumat verib.

Ölkəmizdə səfərdən mənmunluq hissi keçirdiyini deyən Türkiyə Respublikası Kojaeli-İzmit Bələdiyyəsinin başçısı Nevzat Doğan Azərbaycanın inkişafından qürür duyduğunu söyləyib. O, təmsil etdiyi bələdiyyə ilə Bakı şəhəri Nəsimi bələdiyyəsi arasında dostluq və qardaşlıq münasibətlərinin yaradılmasının vacibliyindən danışıb.

Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub.