İzmit Bələdiyyəsinin nümayəndə heyətinin üzvləri Nəsimi rayonuna səfər edib.
Nəsimi İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının İzmit Bələdiyyəsinin nümayəndə heyəti Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanında şəhidlərin məzarını, türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Nümayəndə heyətinin üzvləri Heydər Əliyev Mərkəzində olaraq Heydər Əliyevlə bağlı eksponatlarla tanış olublar.
Ölkəmizə səfərdən məmnunluq hissi keçirdiklərini deyən nümayəndə heyətinin üzvləri Azərbaycanın inkişafından qürur duyduqlarını bildiriblər.

Son xəbərlər
Son Xəbərlər