“İzvestiya” qəzetinin tarixi binasında yanğın - Video

izvestiya-qezetinin-tarixi-binasinda-yangin
Oxunma sayı: 809

Moskvanın mərkəzində “İzvestiya” qəzetinin tarixi binasında yanğın olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, binada olan 2 nəfər zilas edilib. Onlardan birinə tibbi yardım göstərilib.

Yanğın binanın 3-cü mərtəbəsində başlayan tüstülənmədən sonra baş verib. Alov 60 kvadrat metr ərazini əhatə edib. Yanğın söndürülüb.