Jalə Əliyeva Avropa çempionatının finalında - Yenilənib

jale-eliyeva-avropa-cempionatinin-finalinda
Oxunma sayı: 3259

Azərbaycanın daha iki qadın güləşçisi Bolqarıstanın Plovdiv şəhərində U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, 53 kq çəki dərəcəsində mübarizə aparan Gültəkin Şirinova 1/4 finalda fransalı Çadya Ayaçiyə qalib gəlib. Şirinova yarımfinalda almaniyalı Anastasiya Blayvasla üz-üzə gələcək.

62 kq-dakı Jalə Əliyeva eyni raundda onun həmyerlisi Amelin Duarreni məğlubiyyətə uğradıb. Əliyeva finala gedən yolda polşalı Paulina Malqorzata Danişlə görüşəcək.

65 kq-dakı Birgül Soltanova estoniyalı Viktoriya Vessoya yenilib.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

***

Jalə Əliyeva (62 kq) yarımfinalda polşalı Paulina Malqorzata Danişlə üz-üzə gəlib. Əliyeva bu rəqibinə çətinlik çəkmədən qalib gəlib. Jalənin finaldakı rəqibi serbiyalı Anna Fabian olacaq. 

Qeyd edək ki, medal qarşılaşmaları martın 11-də keçiriləcək.