Jan-Klod Yunkerdən bir cümləlik Qarabağ yorumu

jan-klod-yunkerden-bir-cumlelik-qarabag-yorumu
Oxunma sayı: 1519

“Sadəcə bir şey deyə bilərəm, atəşi dayandırın”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri AŞPA-nın yaz sessiyasında Avropa Komissiyasının sədri Jan-Klod Yunker azərbaycanlı nümayəndənin sualını cavablandırarkən deyib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Qənirə Paşayeva Jan-Klod Yunkerə “siz Dağlıq Qarabağ məsələsinin həllini necə görürsünüz? Münaqişənin həllini gözləyən məcburi köçkünlərə nə kimi mesaj vermək istəyərsiniz” sualını ünvanlayıb.

Avropa Komissiyasının sədri isə geniş verə bilməyəcəyini deyib: “Mən hər suala qısa cavab versəm, deputatlar məni tənqid edəcək ki, niyə mənim sualımdan yan keçdiniz. Sualınıza qısa şəkildə belə cavab verə bilərəm. Yeganə cavabım budur: atəşkəsə riayət olunmalıdır. Fikrimcə, tərəfləri müzakirə masasına oturtsaq, nəticə ala bilərik”.