Jandarm Qüvvələrinin zabitləri təltif olunublar

jandarm-quvvelerinin-zabitleri-teltif-olunublar
Oxunma sayı: 788


“Qafqazinfo” xəbər verir ki, bu münasibətlə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov heyətlə görüşüb.

Türkiyəli zabitləri səmimi salamlayan general-mayor Ş.Məmmədov xidməti ezamiyyətini başa vurmuş qoşunların hərbi hissələrində çalışmış 9 nəfərdən ibarət müəllim heyətinə göstərdikləri köməkliyə görə minnətdarlığını bildirib.

Türkiyəli müəllim heyəti onlara göstərilən diqqətə görə Daxili Qoşunların Komandanına öz dərin minnətdarlığını ifadə edib. Xidməti fəaliyyət müddətində qardaş münasibətini hiss etdiklərini deyən heyət üzvləri Daxili Qoşunlara daima köməklik göstərməyə hazır olduqlarını bildiriblər. Görüşün sonunda general-mayor Ş.Məmmədov Jandarm Qüvvələrinin zabitlərini “Fərman"la mükafatlandırıb və xatirə şəkli çəkdirib.