Japarov fərman imzaladı - Seçki keçiriləcək

japarov-ferman-imzaladi
Oxunma sayı: 2396

Qırğızıstan Prezidenti Sadır Japarov yerli şuraların (özünüidarəetmə orqanlarının) buraxılması və deputatların yeni seçkilərinin vaxtının təyin edilməsi haqqında fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qırğızıstan başçısının mətbuat xidməti məlumat yayıb.

Belə ki, 2024-cü il noyabrın 17-də Qırğızıstanın bütün bölgələrində yerli şuralara yeni deputatların seçkiləri keçiriləcək.

Seçki aksiyalarının başlama tarixi sentyabrın 17-nə təyin edilib.