“JC Baku” yeni servis mərkəzinin açılışını etdi - Fotolar + Video

jc-baku-yeni-servis-merkezinin-acilisini-etdi
Oxunma sayı: 2151

Bakı servis mərkəzini açmaqla John Crane Azərbaycanda servis xidmətlərinin diapazonunu genişləndirir.“Qafqazinfo”un məlumatına görə, yeni servis mərkəzi biznes inkişafının dəstəyi, effektivliyin artırılması və işsiz dayanma ilə bağlı itkilərin azaldılmasına dəstək olmaq üçün yaradılıb.

Çikaqo (15 noyabr 2019 il) - turbin avadanlığı həllərinin dünya lideri, emal sənayesi üçün mühəndis texnologiya və xidmətlərini təqdim edən şirkət Azərbaycanın paytaxtı Bakıda servis mərkəzinin açılmasını elan edir.

Xəzər dənizinin sahilində, dünyada neft-qaz sənayesinin ən iri mərkəzlərinin birində məskunlaşan yeni Bakı servis mərkəzi, öz ölçülərinə görə əvvəlkindən ikiqat böyükdür və bu səbəbdən John Crane şirkətinə əlavə imkanlar verir ki, onların sayəsində müştərilərin daim artan tələbatını ödəmək, o cümlədən satışdansonrakı xidməti, sürətli dövriyyə servisini və işsiz dayanma dövründə itkilərin azaldılmasını təmin etmək mümkün olur. Bundan əlavə, yeni müəssisənin sayəsində John Crane Gürcüstan və Özbəkistanda da müştərilərə xidmət göstərə biləcək.

Bakıdakı müəssisə ilə John Crane şirkəti OEM (original equipment manufacturer) kompaniyalarına xidmət və dəstək üzrə lokal şəbəkəsini də genişləndirmiş olur ki, həmin müştərilər və istifadəçilər neft-qaz sahəsi, elektrik enerjisi, kimya sənayesi, faydalı qazıntıların çıxarılması, qida məhsulları və içki istehsalatı sahələrində fəaliyyət göstərən müəssisələrə xidmət təqdim edir.

Yaxın Şərq və Afrika üzrə direktor Əziz Salli qeyd edir ki, “John Crane artıq 10 ildən çoxdur ki, energetika sektorunda çalışan şirkətlərə dəstək olur. Bizim davamlı investisiyalarımız, eləcə də müştərilərin tələbatına cavab verən, texnologiya və xidmətlərin daha yüksək differensasiya səviyyəsi ilə səciyyələnən lokal dəstəyimiz sərmaye strategiyamızı dəqiqliklə əks etdirir. Daha böyük müəssisəyə keçid biznesimizin inkişafı və müştərilərlə əlaqələrimizin möhkəmləndirilməsini göstərir. Beləliklə, biz uzunmüddətli artım strategiyamızı yerli infrastruktura və istedadlı kadrlara yönəldilən davamlı yatırımların hesabına inkişaf etdirə bilirik”.

Yeni servis mərkəzi əlavə olaraq aşağıdakı xidmətləri təqdim edir:

● Müştərilərin təlimi: mərkəzin genişləndirilməsi müştərilərə müasir standartlara uyğun olaraq davamlı iş məhsuldarlığı, avadanlığın işlək vəziyyətdə saxlanılmasına dair təlimlər keçməyə imkan yaradır.

● Səmərəliliyin artırılması: istehsalat meydançasının yenidən planladırılması sayəsində təmir müddətini qısaltmaq və eyni zamanda onun keyfiyyətini artırmaq mümkün olur. Sıxlaşdırıcıların testdən keşirilməsində yeni texnologiyaların tətbiqi isə müştərilərə ən yüksəksəviyyəli dəstəyi təmin edir.

● Tam təchiz olunmuş sex: sexdə, API standartlarına uyğun olaraq maye sıxlaşdırıcıların bərpası və sınaqdan keçirilməsi, eləcə də quru qaz sıxlaşdırıcılarının təmizlənməsi və yoxlanılması üçün imkanlar yaradılmışdır.

● Təcrübəli servis mühəndisləri istənilən markalı sıxlaşdırıcılarda yaranan çatışmazlığın aradan qaldırımasında kömək edir, yaranan problemlərin səbəbini araşdırır və beləliklə, onların təkrarlanmasının qarşısını alır.

Təqdim edilən yeni xidmətlərin sırasına həmçinin standart, quraşdırılmış və metal kartric sıxladırıcıları üçün yığma və sınaq vasitələri, kontakt təmir üçün opsional ehtiyat, filtr və muftaların dəstəyi, eləcə də lokal quraşdırılmış sıxlaşdırıcılar və onların qarşılıqlı əvəzedilmə qabiliyyətinə dair məlumat bazası daxildir.

● Sıxlaşdırıcıların quraşdırılması və istifadəyə verilməsi:

xüsusi yaradılmış komanda müştərilərin bütün tələbatlarının dəstəyini təmin edir. Servis mühəndisləri zavod tədqiqatlarının aparılmasını, etibarlığın artırılmasını, o cümlədən maye sıxlaşdırıcılarının modernizasiyası və qəza təmirinin təmin edilməsi üçün həftənin 7 günü, günün 24 saatı xidmətinizdədir.

Özbəkistan, Azərbaycan və Gürcüstanda satış və xidmət üzrə menecer Roman Dyatlov deyir: “Müştərilərimizin əməliyyatlarının məhsuldarlığı və səmərəliliyi bizdən asılıdır, çünki bizim göstərdiyimiz xidmət sayəsində onlar fasiləsiz iş vaxtını artıra, mümkün olduqda texniki servis üzrə

xərclərini azalda bilirlər və biz onlara həmin əməliyyatların ekoloji təhlükəsizliyinin təmin edilməsində kömək edirik. Müştərilər qarşısında öhdəliklərimizin bir hissəsi kimi bütün dünyada servis imkanlarımızın genişləndirilməsini, eləcə də 200-dən artıq obyektdə qlobal iştirakımızın strateji artırılmasını öz missiyamız hesab edirik”.

John Crane haqqında

John Crane turbin avadanlığı həlləri sahəsində dünya lideri olaraq emal sahələri üçün mühəndis texnologiya və xidmətlərini təqdim edir.

Kompaniya müxtəlif məhsullar yaradır və istehsal edir, o cümlədən mexaniki sıxlaşdırıcı və sistemlər, muftalar, filtrasiya sistemləri və intellektual rəqəmsal monitorinq texnologiyaları.

John Crane müştərilərə qlobal şəbəkə vasutəsilə xidmət göstərir ki, həmin şəbəkəyə 50-dən yuxarı ölkədə 200-dən artıq satış və xidmət mərkəzi daxildir. 2019-cu maliyyə ilində şirkətin gəliri 1,2 milliard ABŞ dollarından (945 milyon funt sterlinq) çox olmuşdur.

John Crane, təhdid və kontrabandanın aşkar edilməsi sahəsində, energetika, tibbi avadanlıq, kommunikasiya və mühəndislik komponentləri sahələrində öncül texnologiyaların tətbiqi üzrə dünya lideri sayılan Smith Group holdinqinin tərkib hissəsidir.