Jezniçak və Rəşad Moldovada “Qarabağ”la məşq etdi

jeznicak-ve-resad-moldovada-qarabagla-mesq-etdi
Oxunma sayı: 678

“Qarabağ” sabah Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında Moldovanın "Şerif" klubunun qonağı olacaq. “Qafqazinfo” xəbər verir ki, tənsilçimiz  bu gün yerli vaxtla saat 20:00-da (Bakı vaxtıyla 21:00) qarşılaşmanın keçiriləcəyi "Şerif Arena"da oyunöncəsi son məşqinə çıxıb. 

Məşqdə zədələrini sağaldan mərkəzi müdafiəçiləri, kapotan Rəşad Sadıqovla polşalı Yakub Jejniçak da iştirak edib.

Xatırladaq ki, Rəşad ÇL-də son 2 oyunda komandasına kömək edə bilmirsə, onu bu matçlarda əvəzləyən Yakub "Şerif"lə ilk qarşılaşmada zədələnərək meydanı tərk etməli olub.