“Jiquli” mikroavtobusla toqquşdu, sürücü öldü

jiquli-mikroavtobusla-toqqusdu-surucu-oldu
Oxunma sayı: 1436

Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, avtomobil qəzası şəhərin Bayramlı qəsəbəsində qeydə alınıb.

“Mercedes” markalı mikroavtobus və “VAZ-2114” markalı minik avtomobilinin toqquşması nəticəsində “VAZ-2114”ün sürücüsü, Şirvan şəhər sakini, 1992-ci il təvəllüdlü Cavadov Muradəli Telman oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli