Jirinovski hələ də xəstəxanadadır, vəziyyəti ağırdır

jirinovski-hele-de-xestexanadadir-veziyyeti-agirdir
Oxunma sayı: 2746

Fevralın əvvəlində koronavirusa yoluxduğundan xəstəxanaya yerləşdirilən Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovskinin koronavirus testi mənfi çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Mash” teleqram kanalı yayıb.

Bildirilir ki, rusiyalı siyasətçinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Onun ağciyərlərinin 50-75%-i zədələnib. Bununla yanaşı, Jirinovskidə ikitərəfli otit və orta dərəcəli anemiya qeydə alınıb.

Xatırladaq ki, bir müddət əvvəl Jirinovskinin Moskvada Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılıb. 75 yaşlı siyasətçidə koronavirusun “Omicron” ştamı aşkar olunub. Onda ikitərəfli pnevmaniya qeydə alınıb.