Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski medikamentoz yuxudan çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “TASS” yayıb.
Mənbə bildirib ki, Jirinovski yenidən öz köməkçilərindən sənəd qəbul edir.
Xatırladaq ki, bir müddət əvvəl Jirinovskinin Moskvada Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılıb. 75 yaşlı siyasətçidə koronavirusun “Omicron” ştamı aşkar olunub. Onda ikitərəfli pnevmaniya qeydə alınıb.
Son xəbərlər
Son Xəbərlər