“Jirinovski Putindən daha ağıllı hərəkət etdi...” – - Millət vəkili

jirinovski-putinden-daha-agilli-hereket-etdi-
Oxunma sayı: 1665


“Qafqazinfo” xəbər verir ki, o bildirib ki, aprelin 24-də dünyanın gözü iki ölkəyə çevrilmişdi: “Bu tarixdə Türkiyədə zəfərə, sülhə yönəlik bir tədbir keçirildi. Ölkə başçımız da həmin tədbirdə iştirak etdi. Dünyada sülh istəyən hər bir insan tərəfindən bu tədbir müdafiə olundu. Başqa ölkədə isə riyakarlıq, böhtan dolu erməni təbliğatı aparıldı. Burada bizim çıxardığımız nəticə o oldu ki, Minsk qrupu işğal olunmuş torpaqların azad edilməsində maraqlı olmadığını bir daha göstərdi. Çünki həmin ölkələr- Rusiya və Fransa Ermənistanın yanında oldular. Onlar bununla Ermənistanın işğalçılıq siyasətini dəstəklədiyini göstərdilər. Bu onu göstərdi ki, Azərbaycan bundan sonra da Türkiyə ilə bərabər olmalıdır”. 

Deputat Elman Məmmədov isə bildirib ki, Jirinovski Putindən daha ağıllı hərəkət etdi və beləliklə də Putinin addımlarının Çar Rusiyasının addımlarına bənzədiyinin şahidi olduq. 

Deputat Xanhüseyn Kazımlı da öz növbəsində bildirib ki, Türkiyədə keçirilən əzəfər bayramı göstərdi ki, dövr ədalətin, zəfərin, demokratiyanın tərəfindədir. 

Günel Türksoy