“Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin növbəti dəfə sərsəm və həqiqətəuyğun olmayan çıxışı hər kəsi hiddətləndirib. Mən də çıxışı və deyilən sözləri qınayıram. Jirinovski unudur ki, o, təlxəkdir və söylədikləri Rusiya rəsmilərinin mövqeyi və fikri ola bilməz”.
"Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
N.Həmzəyev bildirib ki, Rusiya və Azərbaycan arasında bərabərhüquqlu, ikitərəfli əlaqələr gündən-günə inkişaf edir:
“Rusiya və Azərbaycan liderləri arasında çox xoş və dostluq münasibətləri var. Azərbaycan uzun illərdir, müstəqil siyasət yürüdür, regionda qonşu ölkələrlə dostluq münasibətləri qurub. Ölkəmiz işğal altında olan torpaqların azad edilməsi üçün ordunun gücünü və iqtisadi potensialını artırıb. Nəticədə ordumuz 44 günlük Vətən müharibəsində öz torpaqlarından erməni terrorçularını qovub. Hazırda Azərbaycan ərazi bütövlüyünü bərpa edib.
Bu torpaqlar tarix boyu Azərbaycana məxsus olub. Biz bu torpaqları qorumaq, onun uğrunda ölmək üçün hər zaman hazırıq. Rusiyanın sülhməramlı kontingenti də torpaqlarımızda müvəqqəti yerləşdirilib. Biz qarşı tərəfə-Ermənistana şans vermişik, onlara həqiqətləri dərk etmək və Azərbaycanla sülh müqaviləsi imzalamaları üçün vaxt tanımışıq.
Bu imkanı düzgün dəyərləndirməyəcəyi təqdirdə ermənilərin, o cümlədən Azərbaycana qarşı ərazi iddiasında olan istənilən qüvvənin cavabını verməyə hazırıq. Prezident cənab İlham Əliyev Azərbaycan xalqının lideridir. 44 günlük Vətən müharibəsində ordumuzun, xalqımızın güclü lider ətrafında birliyinin nəticəsi olaraq qələbə əldə etdik. Azərbaycan xalqı cənab Prezidentin arxasında durur. Prezidentin hər bir sözü bizim üçün əmrdir və biz bu əmrə tabeyik. Cənab Prezident nəyi nə vaxt, necə etməyi hamıdan yaxşı bilir. Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaq Jirinovskinin bacara biləcəyi bir şey deyil. O, yalnız təlkəx kimi hansısa fikirləri söyləyə, pul və ya hədiyyə müqabilində ermənilərin tərəfini saxlaya bilər. Jirinovskinin fikirləri, sadəcə, ürək bulandırır. Rusiya-Azərbaycan münasibətləri artan xətt üzrə inkişaf edir. Bu dostluq münasibətlərini heç kim poza bilməz”.
Son xəbərlər
Son Xəbərlər