Jirinovskinin dəfn olunacağı yer və tarix açıqlandı

jirinovskinin-defn-olunacagi-yer-ve-tarix-aciqlandi
Oxunma sayı: 5589

Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovskinin dəfn olunacağı yer və tarix bəlli olub.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Dövlət Dumasının Mətbuat xidməti yayıb. 

Jirinovski aprelin 8-i Novodeviçye qəbiristanlığında dəfn olunacaq.

Mərasimin Bakı vaxtı ilə 15:00-da başlayacağı gözlənilir.

Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, Prezident Vladimir Putin Vladimir Jirinovski ilə mütləq vidalaşacaq.

Xatırladaq ki, Vladimir Jirinovski aprelin 6-sı 75 yaşında dünyasını dəyişib.