"Çelsi” hücumçusu Olivye Jiru ilə yollarını ayırmağa hazırlaşır.
“Qafqazinfo” xəbər verir ki, komandanın baş məşqçisi Frenk Lempard fransalı forvardın komandadan ayrılacağını deyib. 41 yaşlı mütəxəssis bütün tərəfləri qane edən təklifdən sonra 33 yaşlı hücumçunun qarşısını kəsməyəcəklərini bildirib.
Jiru bu mövsüm London klubunda 6 oyun keçirib. Onun adı "Nyukasl" və "İnter"lə hallanır.
Son xəbərlər
Son Xəbərlər