Beynəlxalq Top Employers İnstitutu JTI şirkətinin bərabərlik və rifaha davamlı innovativ yanaşmasını yüksək dəyərləndirərək ardıcıl səkkizinci ildir ki, dünya üzrə yalnız 11 “Qlobal Ən Yaxşı İşəgötürənlər”dən biri kimi sertifikatlaşdırıb. Belə beynəlxalq tanınmadan əlavə olaraq, JTI fəaliyyət göstərdiyi altı regionun hamısında ardıcıl 3 il sertifikata layiq görüldü: Şimali Amerika, Latın Amerikası, Avropa, Asiya Sakit Okean, Yaxın Şərq və Afrika. Şirkət mükafat alanlar siyahısına daha iki ölkə əlavə edərək hazırda dünyanın 66 ölkəsində Ən Yaxşı İşəgötürəndir
JTI Azərbaycan səkkiz il ardıcıl olaraq Azərbaycan, Avropa və Dünya üzrə “Ən Yaxşı İşəgötürən” kimi sertifikatlaşdırılıb.
Top Employers İnstitutu insan resurslarının idarəolunması təcrübələrində mükəmməlliyin tanınması üzrə beynəlxalq qurumdur və bu il JTI-nin: EY tərəfindən 2021-ci ilin noyabrında ilk Qlobal Bərabərlik Standartı (GES) sertifikatlarından biri ilə təltif edərkən tanıdığı hamı üçün bərabər imkanlar və bərabər ödənişlərin tətbiqi, eləcə də, şirkətin adaptiv iş qaydaları, 2021-ci ildən qlobal olaraq tətbiq olunan ailə məzuniyyət siyasəti, BİRLİKDƏ qadınlara dəstək proqramı ilə mütərəqqi innovativ siyasət və dünya üzrə aparıcı təşəbbüslər vasitəsilə işçilərin rifahına sadiqliyini xüsusilə təqdir etdi
“JTI-nin Qlobal Top İşəgötürənlər elitasındakı yerini qoruyub saxlamasından şadıq. Onlar insan resurslarının idarə olunmasında dünya lideri statusları və dünya üzrə bütün işçilərinin rifahının yaxşılaşdırılması üçün göstərdikləri davamlı öhdəliklə fəxr etməlidirlər. "Qlobal bərabərlik işəgötürən"-i kimi sertifikat almaqda onların son uğurları Ən Yaxşı İşəgötürən olmaq istəyən şirkətlər üçün də nümunə olacaq standartdır”, - Top Employer İnstitutunun baş direktoru David Plink bildirib.
“Bir daha Top İşəgötürənlər İnstitutu tərəfindən sertifikatlaşdırılmaq şərəfdir. İnsanlarımız gördüyümüz hər şeyin mərkəzində dayanır, buna görə də onlara mümkün olan ən yaxşı iş mühitini təklif etməyi hədəfləyirik. 40,000-dən çox həmkarımıza böyümək imkanı vermək və onlara öz potensiallarını reallaşdırmaq üçün optimal şərait və dəstək vermək bizim üçün böyük əhəmiyyət kəsb edir”, - deyə JTI-nin İnsanlar və Mədəniyyət üzrə Baş Vitse prezidenti Hovard Parks bildirib.
JTI gələcək illər üçün hazırkı və gələcək istedadlardan faydalanmaq, onlara dəstək olmaq və onlarla əlaqə qurmaq üçün qarşısına iddialı məqsədlər qoyub. Təşkilat, istər ofisdə, istərsə də evdə şirkətin iş mühitini uyğunlaşdırmaq və yaxşılaşdırmaqla işçilərin rifahına diqqət yetirməyə davam edəcək. Hazırki işçilər sağlam iş/həyat balansına və şəxsi inkişafa diqqət yetirən çoxsaylı uzaqdan komanda qurmağa yönələn iş təşəbbüslərinə çıxış əldə edəcəklər; Yeni gələcək işçilər isə JTI-nin “Make It Bright Challenge” yarışmasında iştirak etməyə dəvət olunacaqlar. Proqram çərçivəsində dünyanın hər yerindən gələn tələbələr daimi vəzifələrə apara bilən ödənişli beynəlxalq təcrübə üçün yarışacaqlar. Bu proqramlar və dünya üzrə digər aparıcı təşəbbüsləri JTI-nin Ən Yaxşı İşəgötürən statusunu gücləndirəcək.
Son xəbərlər
Son Xəbərlər