Juninyo Avroliqada həftənin ən yaxşısı olmağa namizəddir

juninyo-avroliqada-heftenin-en-yaxsisi-olmaga-namizeddir
Oxunma sayı: 2302

Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. 

“Qafqazinfo” xəbər verir ki, onların arasında “Qarabağ”ın futbolçusu Olavio Juninyo da var. 

Braziliyalı hücumçu “Bayer”lə görüşdə 1 qol vurub və 1 qolun ötürməsini verib.

Digər namizədlər isə Stefan Əl-Şəravi (“Roma”), Pyer-Emerik Obameyanq (“Olimpik” Marsel) və Darvin Nunyesdir (“Liverpul”).

Qalib UEFA-nın saytında azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək.