Juninyo Braziliyaya getdi

juninyo-braziliyaya-getdi
Oxunma sayı: 2262

“Flamenqo”ya transfer olunan “Qarabağ”ın hücumçusu Juninyo Braziliyaya yollanıb.

“Qafqazinfo” xəbər verir ki, braziliyalıların futbol direktoru Joze Boto açıqlayıb.

O bildirib ki, 28 yaşlı forvard tezliklə tibbi müayinədən keçəcək: “Transferlə bağlı razılıq əldə olunub. Juninyo tibbi müayinədən keçdikdən sonra bizimlə müqavilə imzalayacaq. O, bu gün Rio de Janeyroda olacaq”.

Bu transfer “Qarabağ”a 5 milyon avro qazandıracaq.