“Junior Eurovision”un rusiyalı iştirakçısı xəstəxanaya yerləşdirildi

junior-eurovisionun-rusiyali-istirakcisi-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 950

Rusiyanın “Junior Eurovision-2019” iştirakçısı – 13 yaşlı Denberel Oorjak Polşada xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, yeniyetmə birinci məşq zamanı özündən gedib. Dərhal təcili yardımla xəstəxanaya çatdırılan Denberel həkim nəzarətindədir. Ona istirahət etmək məsləhət görülüb.

Hazırda Oorjakın yanında nənəsi və Rusiya nümayəndə heyəti var.