A. Məmmədov məsələ ilə bağlı “Akkord” Şirkətlər Qrupuna dəfələrlə müraciət etsə də, heç bir cavab ala bilməyib: “Onların işi mənzili müştərilərə sırımaq və sonradan onu saymamaqdan ibarətdir. Ən dəhşətlisi odur ki, olmayan 8 kvadrat metrlik sahəni “Akkord” mənə 60 aylıq kreditə salaraq faiz ödətdirir. Başa düşmürəm, bu şirkətin vəzifəsi insanlar üçün ev tikməkdir, yoxsa onların ehtiyacından. gücsüzlüyündən istifadə edərək həyatlarını sökmək?”
Həmkarımız məsələni hüquqi müstəvidə həll etmək istədiyini bildirib: “Artıq vəkillə danışmışam və müqaviləni təqdim etmişəm. Yaxın günlərdə məhkəmə iddiası qaldıracağıq. Kobud şəkildə desəm, “Akkord” binanın pilləkənlərinin ərazisini, mənzilin kənar sahənin, hətta hava sahəsini də müştərilərə satıb. Bu məsələ hüquqi müstəvidə həll edilməlidir. “Akkord” nümayəndələrinin əsaslandırmalarını məhkəmədə eşitmək mənim üçün, elə bütün mənim kimi hüquqi pozulan sakinlər üçün maraqlı olacaq”.
“Akkord” Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afaq Quliyeva isə saytımıza bildirib ki, məsələ ilə bağlı komissiya yaradılıb, yaxın günlərdə araşdırılacaq.
A. Məmmədov, həmçinin “Qafqazinfo” bildirib ki, Abşeron Gənclər Şəhərciyində qardaşı üçün aldığı 40 kv metrlik mənzildən də ortalama 5 kv əksikdir: “Həmin mənzil də mənim adimadır” .
Son xəbərlər
Son Xəbərlər