Jurnalist kimi geyinib bombanı işə saldı - 29 ölü, 50 yaralı

jurnalist-kimi-geyinib-bombani-ise-saldi
Oxunma sayı: 2722

Əfqanıstanın paytaxtında baş verən partlayışda Fransanın “France Presse” informasiya agentliyinin fotoqrafı ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu gün səhər paytaxt Kabildə iki partlayış olub. İlk partlayışı motosikletdə olan terrorçu-kamikadze həyata keçirib. Partlayışlarda yeddi nəfər ölüb, 20 nəfər yaralanıb. 

Ölənlər və yaralananlar arasında TOLOnews, 1TV, Al Jazeera və digər telekanalların nümayəndələri də olub. 

***

Kabildə partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb, 50 yaralı var. 

***

Məlumata görə, ikinci partlayış video çəkmək üçün əraziyə toplaşan jurnalistlər arasında baş verib. Şahidlərin sözlərinə görə, özünü jurnalist olaraq təqdim edən terrorçu kameraya yerləşdirdiyi bombanı işə salıb. 

***

Ölü sayı 29-a çatıb. İŞİD hücumun məsuliyyətini öz üzərinə götürüb.