Jurnalist Ramil Usubova müraciət etdi

jurnalist-ramil-usubova-muraciet-etdi
Oxunma sayı: 881


“Qafqazinfo”nun məlumatına görə, Natiq Ədilov Meydan TV-yə bildirib ki, o, müraciətində ötən gün sərhədçilərin verdiyi izahatdan (DİN-nin onun pasportunu fəaliyyətsiz elan etməsi) və buna görə ölkə hüduqlarından kənar çıxa bilməməsindən söz açıb.

“Daha sonra isə nazirdən hansı səbəbə görə pasportumun fəaliyyətinin dayandırılmasını, ümumiyyətlə belə qərarın olub-olmadığını, hazırda əlimdəki pasportun hansısa işə yarayıb-yaramaması kimi suallara səlahiyyəti çərçivəsində aydınlıq gətirilməsini xahiş etmişəm”,- deyə Ədilov bildirib.