Jurnalist reportaj üçün özünü daşan çaya atdı - Video

jurnalist-reportaj-ucun-ozunu-dasan-caya-atdi
Oxunma sayı: 1379

Pakistanın GTV kanalının müxbiri Azadar Hüseyn canlı efirdə özünü daşqına atıb.

“Qafqazinfo” xəbər verir ki, Pəncab əyalətindən sellə bağlı reportaj hazırlayan Hüseyn “Stand-up” üçün suya girib. Bu zaman suyun jurnalistin boğazına qədər qalxması insanları təşvişə salıb. Reportyorun bu addımı sosial şəbəkədə birmənalı qarşılanmayıb.

Bəziləri onun əsl peşəkar kimi davrandığını desə də, əksəriyyət reportajdan ötrü həyatını təhlükəyə atmağın mənasız olduğunu yazıb.