Jurnalist Saakaşvilinin bağında gizləndi

jurnalist-saakasvilinin-baginda-gizlendi
Oxunma sayı: 652

Onu bu səfərində adı yuxarıda qeyd olunan partiyanın nümayəndəsi müşaiyət edirmiş. Mosiaşvilinin bildirdiyinə görə, o və jurnalist bir üzüm bağına tərəf gedəndə, orada mülki geyimdə olan şəxslərin gəzişdiyini görüblər. “Biz bağa girmək üçün onlardan icazə istədik. Onlar bizə demədilər ki, bağa girmək qadağandır və biz ora daxil olduq. Bundan sonra həmin şəxslər üstümüzə gəldilər, Şalvanın mikrofonunu və kamerasını əlindən aldılar, özünü isə maşına otuzdurdular”, - deyə mənbə bildirib.

Mosiaşvili qeyd edib ki, mülki geyimli şəxslər sonradan polis olduqlarını deyiblər. Lakin hələlik hüquq-mühafizə orqanlarından hadisə ilə bağlı hər hansı şərh verilməyib.

Maraqlıdır ki, saxlanılan jurnalist vaxtilə Saakaşvilini dəstəkləyirdi və onun piar meneceri idi. 2006-cı ildə isə Ş.Ramişvili həbs edilib. O vaxt iddia edilirdi ki, o, deputatların birindən şantaj yolu ilə 100 min dollar almaq istyərmiş. 2009-cu ildə isə jurnalist həbsxanadan çıxaraq media sahəsindəki fəaliyyətinə başladı.