Jurnalist spikerə yeni köməkçi təyin edildi

jurnalist-spikere-yeni-komekci-teyin-edildi
Oxunma sayı: 5646

Milli Məclisin sədrinə yeni köməkçi təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, jurnalist Aqşin Hümmətov spiker Sahibə Qafarovaya yeni köməkçi təyin edilib.

Bu məqamda bildirək ki, 1983- cü il təvəllüdlü A. Hümmətov ixtisasca jurnalistdir. O, “Yeni Azərbaycan” qəzetində çalışıb. “Tərəqqi” medalı ilə təltif edilib.

Qeyd edək ki, hazırda spikerin 4 köməkçisi var.

Günel Türksoy