Jurnalist təşkilatı Cəlilabadda tədbir keçirib

jurnalist-teskilati-celilabadda-tedbir-kecirib
Oxunma sayı: 736


Görüşdən məqsəd layihənin məramına uyğun olaraq yerli kənd əhalisi ilə bələdiyyə arasında səmərəli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparmaq olub.

“Qafqazinfo” xəbər verir ki, toplantıda çıxış edən JAM sədri Seymur Verdizadə bildirib ki, demokratik cəmiyyət quruculuğu prosesində yerli özünüidarə qurumlarının - bələdiyyələrin rolu böyükdür. Demokratiya bir anlayış kimi şüurlarda hər bir fərdin öz baxışlarını sərbəst şəkildə ifadə edə biləcəyi mühit kimi assosiasiya olunursa, bələdiyyə struktur etibarilə həmin baxışların ədalətli praktik fəaliyyət müstəvisində ifadəsinə yaradılan zəmin mahiyyəti dayışır. Müstəqil Azərbaycan Respublikasında da bələdiyyələrə mövcud nöqteyi-nəzərdən yanaşılır. «Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. Ötən on dörd il müddətində bələdiyyələrin cəmiyyət həyatındakı rolu artan xətt üzrə inkişaf edib. Lakin buna baxmayaraq onlar bir institut kimi yenidirlər, fəaliyyətləri heç də bütün hallarda oturuşmuş xarakter almayıb. Buna səbəb kimi bir sıra obyektiv və subyektiv amillərdən də söz açmaq mümkündür. Lakin başlıca qeyd edilməli məqam bələdiyyələrin ictimai problemlərin həllinə istiqamətləndirilməsidir ki, bu missiyanın reallaşdırılmasında başlıca iş qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətlərinin üzərinə düşür», deyən S.Verdizadə onu a deyib ki, mart-iyun ayları ərzində gerçəkləşdiriləcək layihə çərçivəsində Cəlilabad, Tərtər rayonlarının bir neçə kəndində və Mingəçevir şəhərində yerli əhali ilə bələdiyyə nümayəndələrinin görüşlərinin təşkili, mövcud istiqamətdəki dünya təcrübəsinin bölüşülməsi, əldə edilmiş nəticələrlə bağlı medianın mütəmadi şəkildə məlumatlandırılması planlaşdırılır.

Tədbirin sonunda yerli problemlərin həllinə dəstək məqsədilə 7 nəfərdən ibarət Xanəgah kənd məhəllə komitəsi yaradılıb.