Jurnalist təşkilatı Tərtərdə tədbir keçirib- - Fotolar

jurnalist-teskilati-terterde-tedbir-kecirib-
Oxunma sayı: 900


Toplantıda giriş sözü ilə Tərtər rayonu Ələsgərli bələdiyyəsinin sədri Məhəmməd Şirinov çıxış edib. Ələsgərli kəndində həyata keçirilən quruculuq işlərindən söz açan bələdiyyə sədri mövcud istiqamətdəki fəaliyyətin daha da gücləndirilməsi üçün bələdiyyələrin imkanlarının geniş olmasının vacibliyini əsaslandırıb.

JAM sədri Seymur Verdizadə bildirib ki, bələdiyyələr struktur etibarilə demokratik baxışların ədalətli praktik fəaliyyət müstəvisində ifadə nümunəsi kimi önəmli rol oynamaqdadır. İstər Azərbaycanda, istərsə də digər yerlərdə bələdiyyələrə mövcud nöqteyi-nəzərdən yanaşılır. Ölkəmizdə ilk bələdiyyə seçkilərinin 1999-cu ildə keçirildiyini vurğulayan S.Verdizadə ötən müddətdə bələdiyyələrin cəmiyyət həyatındakı rolunun artan xətt üzrə inkişaf etdiyini bildirib, lakin bu rolun daha da artırılmasına ehtiyacın duyulduğunu vurğulayıb.

S.Verdizadə onu a deyib ki, JAM mart-iyun ayları ərzində gerçəkləşdiriləcək layihə çərçivəsində digər bölgələrdə də yerli əhali ilə bələdiyyə nümayəndələrinin görüşlərinin təşkil olunacağını diqqətə çatdırıb.

Toplantıda çıxış edən «RUH» Jurnalistləri Müdaifə Komitəsinin icraçı direktoru Əvəz Rüstəmov bələdiyyələrin tərkibindəki kəndlərin öz problemlərinin həllində təşəbbüskar kimi çıxış etmələrinin, mövcud istiqamətdə səmərəli iş mexanizminin qurulmasına kömək göstərilməsinin vacibliyini əsaslandırıb.

Çıxış edənlər yerli əhəmiyyətli çətinliklərdən söz açaraq onların həllinə yönələn təşəbbüslər səsləndiriblər. Tədbirin sonunda yerli problemlərin həllinə dəstək məqsədilə 7 nəfərdən ibarət Ələsgərli kənd məhəllə komitəsi yaradılıb.