K. Rövşənoğlu deyib ki, 20-ci sahədə yolu keçərkən “VAZ-2107” markalı maşın onu və ailə üzvlərini vurub: “Maşından düşən sürücü mənə qarşı kobudluq etdi. Özü günahkar ola-ola məni günahkar çıxarmağa çalışdı”. Kənan deyib kü, sürücü onun və ailə üzvlərinin xəsarət alıb-almaması ilə maraqlanmayaraq hadisə yerindən uzaqlaşıb: “Ağ rəngli “07” idi, nömrə nişanı da belə idi – Az 90 GG 346”.
Jurnalist media vasitəsi ilə Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə müraciət edərək sürücü barəsində ölçü götürülməsini istəyib.