Jurnalistikaya qəbul olunmaq istəyənlərin nəzərinə -

jurnalistikaya-qebul-olunmaq-isteyenlerin-nezerine-
Oxunma sayı: 735


“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, bu mərhələdə 2015-ci ilin aprel ayının 1-dən 30-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər. İmtahan Bakı şəhərində və TQDK-nın regional mərkəzlərinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Göyçay və Şirvan şəhərlərində təşkil olunacaq. Abituriyentlərin imtahana girə bilməsi üçün şəxsiyyəti təsdiq edən sənədin əslini və  “İmtahana buraxılış vərəqəsi"ni gətirməsi vacibdir.

Qeyd edək ki, jurnalistika ixtisasına qəbul olmaq üçün 496 abituriyent qeydiyyatdan keçib. Onlardan 341 nəfəri III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb.

“Qafqazinfo”