Jurnalistin atasını maşın vurdu - Vəziyyəti ağırdır

jurnalistin-atasini-masin-vurdu
Oxunma sayı: 2905

Bu gün tanınmış jurnalist, Report.az-ın redaktoru İmdad Əlizadənin atasını maşın vurub.

“Qafqazinfo”nun modern.az-a istinadən verdiyi məlumata görə, hadisə saat 7 radələrində "Koroğlu" metrostansiyasının yaxınlığında baş verib. Belə ki, yola keçmək istəyən Əli Əliyevi maşın vurub.

Jurnalistin atası hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasındadır. Onun vəziyyətinin ağır olduğu bildirilir.