Jurnalistin Əliyev-Paşinyan görüşü haqda sualını belə cavabladı

jurnalistin-eliyev-pasinyan-gorusu-haqda-sualini-bele-cavabladi
Oxunma sayı: 1656

“Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında nə müzakirə olunub? Format maraqlı idi. Danışıqlar nahar zamanı baş tutdu. Təxminən 2 saat davam etdi və başqa bir təfərrüat yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Baş Nazirinin mətbuat katibi Vladimir Karapetyan “Qraparak” qəzetinin müxbirinə Azərbaycan Prezidenti İlham Əliyevlə Nikol Paşinyanın görüşünü şərh edərkən bildirib. 

Sərt ab-havada aparılan müsahibəni təqdim edirik:

-Təfərrüatlar niyə dərc edilməlidir, bir halda ki, dövlət başçıları Qarabağ haqda danışırlar? Bütün detalları bilmək istəyirsiniz?

- Yox, hamısını deyil. Sadəcə təxmini karkası.

- Nə lazım idisə, dərc edilib.

- Ancaq o dərc edilib ki, danışıblar. Başqa heç nə.

- Robert Koçaryan və Serj Sarkisyan 20 il danışıqlar aparıblar. Bundan artığını eşitmisiniz? Danışıqlar prosesində konfidensiallığa əməl edilməlidir.

- Son zamanlar ekspert çevrələrində danışıqlar formatının dəyişməsi barədə danışırlar. Deyilənə görə, “tet-a-tet” formatını Minsk Qrupunun formatı əvəzləməyə başlayıb. Bu belədir, ya yox?

 - Xeyr, düşünmürəm ki, bu belədir.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın Baş Naziri Nikol Paşinyan 11 oktyabrda Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasından sonra bir araya gəliblər.

Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov “Day.az”a açıqlamasında bildirib ki, söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.