Jurnalistin evinə oğru girdi

jurnalistin-evine-ogru-girdi
Oxunma sayı: 1771

Ölke.az saytının əməkdaşı Vasif Həsənlinin Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evindən oğurluq edilib.

“Qafqazinfo”ya açıqlama verən V.Həsənli bildirib ki, hadisə martın 26-sı gündüz  saatlarında baş verib: “Biz 4-5 saat evdə olmamışdıq, axşam otağa girəndə dibçəyin sındığını, pəncərələrin açıq olduğunu görüb evə oğru girdiyini bildik. Evə girən şəxs paltar dolabından 1500 manat, uşağın seyfini sındıraraq oradan 200-300 manat götürərək oğurlayıb”.

V.Həsənli Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdiyini bildirib. Abşeron Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq davam etdirilir.

Murad Əhməd