"Qafqazinfo" musavat.com-a istinadən xəbər verir ki, bu barədə Murad Hüseynov sosial şəbəkələrdə məlumat verib.
Gülər Məmmədova iki gün əvvəl Türkiyədə müayinə olunub və həkimlər acı xəbəri çatdırıblar. Bakıya qayıdan iki övlad anası hazırda Mərkəzi Klinikadadır. ANS “Xəbərlər” departamentinin baş redaktorunun dostları isə sosial şəbəkələr vasitəsilə jurnalistlərdən və vətəndaşlardan yardım istəyiblər. Gülər Məmmədovaya bu gün ərzində IV qrup qan vermək üçün 10 donora ehtiyac var.
Qeyd edək ki, Gülər Məmmədovanın bundan əvvəlki müalicəsinə 120 min manatdan çox vəsait xərclənmişdi.
Qan vermək istəyənlər 050-335-17-26 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Son xəbərlər
Son Xəbərlər