Jurnalistin ölümünə görə Əsəd rejiminə cəza - 302 milyon dollar

jurnalistin-olumune-gore-esed-rejimine-ceza
Oxunma sayı: 1136

ABŞ federal məhkəməsi hərbi jurnalist Meri Kelvinin öldürülməsi ilə bağlı Bəşər Əsəd rejimini 302 milyon 500 min dollarlıq təzminata məhkum edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, partlayışda gözlərindən birini itirən jurnalist 2012-ci ildə Bab-Əmir qəsəbəsində top atəşi zamanı dünyasını dəyişib. Kelvinin bacısı və bacısı uşaqları 2016-cı ildə məhkəməyə müraciət edərək Əsəd rejiminin Kelvini “qəsdən hədəfə aldığını” bildiriblər.

Ailənin məhkəməyə təqdim etdiyi dəlillər Bab-Əmirdəki hücumun Əsəd rejiminə bağlı qüvvələr tərəfindən təşkil edildiyini sübuta yetirib və məhkəmə qərarı elan olunub.