Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov və digərlərinin şikayətinə baxılıb.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub.
Müdafiə tərəfi vəsatət verərək məhkəmə prosesinin istintaqla aparılmasını istəyib, vəsatət təmin edilməyib.
Məhkəmə baxışı iyunun 10-na təyin olunub.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən İsmayılov 13 il, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Samir Mustafayev 9 il , Kənan Mədətov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən apellyasiya şikayəti verilib.
Son xəbərlər
Son Xəbərlər