“Jurnalistlər aptek və ya marketə gedəndə icazə almalıdırlar”

jurnalistler-aptek-ve-ya-markete-gedende-icaze-almalidirlar
Oxunma sayı: 3368

“KİV nümayəndələrinin sistemdə qeydiyyata düşməsinə ehtiyac yoxdur”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı  Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib. 

O bildirib ki, mətbuat nümayəndələrinin öz aidiyyatı işləri ilə bağlı yaşadığı yeri tərk edən zaman icazə almaqlarına ehtiyac yoxdur: 

“Ancaq həmin şəxslər aptek və ya marketə zəruri ehtiyaclarını ödəmək üçün çıxan zaman icazə almalıdırlar”.