“Qafqazinfo” xəbər verir ki, tur ilk olaraq Bayılda yerləşən “Velo Park”dan başlayıb.
Baş meneceri Uman İkram olan “Velo Park” yeni tikilidir. Burada yarışlar iyunun 26-28 aralığında keçiriləcək. Ümumi ərazisi 25000 kv/m-dir. Yarışların keçiriləcəyi ərazidə maksimum hündürlük 8 metrə qədərdir. 20 ölkədən 49 idmançının qatılacağı yarış saat 14:00-17:00 aralığında baş tutacaq. Havanın isti olması nəzərə alınaraq azarkeşlərə pulsuz içkilər paylanacaq. Veolsiped yarışında ümumilikdə 6 medal uğrunda mübarizə gedəcək. Bunların 3-ü qadınlar, 3-ü kişilər arasında mübarizəyə görə veriləcək.
Avropa oyunları zamanı yarışların keçiriləcəyi önəmli yerlərdən biri də “Kristal Hall”du. Ümumilikdə 3 hissəyə bölünən zalın 1-ci hissəsində voleybol yarışı təşkil ediləcək. Bu yarış iyunun 13-28 aralığında baş tutacaq. 4000 min azarkeşin izləyəcəyi voleybolçular arasındakə rəqabətə 15 ölkə qoşulacaq. Velosiped yarışnda olduğu kimi burada da qadınlar və kişilər arasında olmaqla 6 medal uğrunda mübarizə gedəcək.
“Kristal Hall 2” zalında isə boks yarışları təşkil olunacaq. Burada mübarizə 16-28 iyun aralığından baş tutacaq. 41 ölkənin idmançıları medallar uğrunda döyüşəcəklər. Onların bu mübarizəsini isə 2000 tamaşaçı arenadan canlı izləyə biləcək.
“Kristal Hall 3”də isə 3 idman növü üzrə yarışlar keçiriləcək. Taekvando, karate və qılıncoynatma üzrə yarışlar keçiriləcək. Meydança hər yarış üçün hazırlanacaq. Karatedə 2, taekvando zamanı 1 yarış meydançası olacaq. 3 idman növü üzrə 48 ölkənin qatılacağı gözlənilir. Hər yarış üçün fərqli ölkələr qatılacaq. Karate üçün 42, taekvando üçün 41, qılıncoynatma üçün isə 38 ölkə gözlənilir. Taekvando və karate üçün azarkeş tutumu 1495 nəfər, qılıncoynatma üçün isə 1012 nəfər olacaq.
Son xəbərlər
Son Xəbərlər