Jurnalistlər binası internetsiz qaldı

jurnalistler-binasi-internetsiz-qaldi
Oxunma sayı: 2565

Bu gün Bakının Səbail rayonunda yerləşən Jurnalistlər binasında internet problemi yaşanıb.

Bina sakinlərinin "Qafqazinfo"ya verdiyi məlumata görə, gün ərzində sözügedən binada internet şəbəkəsi kəsilib.

Sakinlər mövcud problemlərlə bağlı “AzEurotel”ə müraciət etsələr də, müsbət cavab almadıqlarını bildiriblər.